Azərbaycanlı gəncdən insanlığa lazımlı kəşf

Azərbaycanlı gəncdən insanlığa lazımlı kəşf backend

Elnur Babayev adlı istedadlı həmvətənimiz yeni layihəsi olan Cyclee ilə dünyanın diqqət mərkəzindədir. İKT.lent.az-ın Technet.az-a istinadən xəbərinə görə, unikal ixtira sayəsində gecələr velosiped sürmək indi nisbətən daha təhlükəsiz olacaq.

Oturacağın dirəyinə bərkidiləcək xüsusi lazer qurğudan hərəkətdə olan velosipedçinin kürəyində sürmə hərəkətlərinə uyğun işarələr əks olunacaq və beləliklə, arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri velosipedçinin dönmək, durmaq istəyini görə biləcəklər. Cihaza yerləşdiriləcək xüsusi çipsetin hesabına məsafədən xüsusi mobil proqramla işarələr dəyişdirilə və cihaza ötürülə bilinəcək.



Bu keçiddən Behance üzərində layihə ilə maraqlana bilərsiniz: https://www.behance.net/gallery/26503015/CYCLEE
Diaspora