Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının baş prokuroru Hişam Bərəkata qarşı iyunun 29-da təşkil olunmuş terror aktını qəti şəkildə pisləyib.
Nazirliyin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır: "XİN Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir. Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".XİN-dən Misirin baş prokurorunun ölümünə görə BAŞSAĞLIĞI

