Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”

Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” backend

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

Qazilər.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır:

"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".