Professora TƏBİB-də vəzifə verildi - FOTO

Professora TƏBİB-də vəzifə verildi - FOTO backend

Akif İrzaxan oğlu Qurbanov "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qazilər.az xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Tibb üzrə elmlər doktoru, professor A.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərəncamı "Əməkdar müəllim” adına layiq görülüb.

Eyni zamanda, o, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.
Diaspora