Baş Prokurorluq Bakıda qətlə yetirilən şəxslə bağlı məlumat yayıb.
Qazilər.az xəbər verir ki, məlumatda qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb: "Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".Qətlə yetirilən Yusif İldırımzadənin qaynıdır? - Rəsmi

