Biləsuvarın icra başçısı köməkçisini işdən çıxartdı

Biləsuvarın icra başçısı köməkçisini işdən çıxartdı backend

Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub.

Qazilər.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb.

Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb.