Bakının Səbail rayonunda qeydiyyatda olan, vətəndaş Nağıyev Əli Rafil oğlunun Prezident Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi dərhal təmin edib.
Qaziler.az bu barədə “Azəriqaz”a istinadən xəbər verir.Məlumata görə, Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının nəzərə alınmasını istəyib. İstehsalat Birliyinin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb. 20 sentyabr – “Neftçilər Günü” peşə bayramı ilə bağlı “Azəriqaz”ın həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.
Ə.Nağıyev hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.
Ailənin müraciətinə dair görülən işlərlə bağlı hazırlanan video materialı aşağıdakı sosial şəbəkə ünvanlarından izləyə bilərsiniz: