Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb backend

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Qazilər.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 19-u saat 18:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Xaçmaz, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s -dək güclənib.

Bakıda və Abşeron yarımadasında : Bakıda 23 m/s, Qum adası, Ələtdə 20 m/s, Neft Daşlarında 19 m/s, Binədə 17 m/s, Pirallahında 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.