Millət vəkilinin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT

Millət vəkilinin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT backend

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus "Ugano Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Qazilər.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın müvafiq qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, "Ugano Limited” şirkətinin 2018-ci ildə heç bir öhdəliyi olmadığı halda, son bir ildə şirkətin öhdəliyi (Total Liabilities) kəskin şəkildə artaraq 2019-cu ilin sonunda 1 milyon 28 min 5 funt-sterlinqə (2,1 milyon manat) yüksəlib. Məlumat üçün bildirək ki, "Ugano Limited” şirkəti 28 avqust 2007-ci ildə İngiltərədə qeydiyyatdan keçib. Orxan Quluzadədən əvvəl "Ugano Limited” şirkətinə 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı rəhbərlik edib. 2010-cu ildən sonra şirkətə Azərbaycan vətəndaşı Aynur Quliyeva rəhbərlik edib. Hazırda isə Londonda "11 Larch Court, Admiral Walk, Carlton Gate” ünvanında qeydiyyatda olan və daşınmaz əmlak sektorunda (fəaliyyət kodu 68100) fəaliyyət göstərən "Ugano Limited” şirkətinin direktoru millət vəkili Ülvi Quliyevin 31 yaşlı oğlu Orxan Quluzadədir.
Diaspora