“Azərbaycanda keçirilən I Avropa Oyunlarının Su idman növlərində gənclər arasında dünya rekordu qırılıb”. AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, 100-dən artıq olimpiya və dünya çempionu bu oyunlarda iştirak edib.
“Bəzi qüvvələr istəyirdilər ki, bu oyunları boykot etsinlər. Saytlarımıza hücum etmək istəyirdilər. Çalışırdılar ki, açılış və bağlanış mərasimi yayımlanarkən saytları dağıtsınlar. Normal insan buna cəhd etməz. Bunu ancaq başı çatışmayan insan edə bilər”.