Həbsdə olan müsavatçı Tofiq Yaqublunun həbsində verilən apelyasiya şikayətinə baxılması vaxtı müəyyən edilib.
Trend-in məlumatına görə, şikayət bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş üzrə şikayətə sentyabrın 28-i saat 15:00-a təyin olunub.Xatırladaq ki, Nizami rayon məhkəməsinin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.