İqbal Ağazadənin ad gününə TƏBRİK - Etimad sağ olsaydı...

İqbal Ağazadənin ad gününə TƏBRİK - Etimad sağ olsaydı... backend

Bu gün “Ümid” Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür

Bu münasibətlə ”Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu feysbukda paylaşım edib.

Bu gün dəyərli qardaşımız, Qarabağ döyüşçüsü, “Ümid” partiyasının sədri İqbal Ağazadənin doğum günüdür! Əziz İqbal bəy, doğum gününüz mübarəkdir! Sizə uzun və sağlam ömür arzulayırıq! Allah sizə Şuşanın işğaldan azad edildiyi günü görməyi nəsib etsin!



Mənfur Ramiz Mehdyevin tapşırığı ilə üzümüzə qapılar bağlananda bizə qardaş kimi qucaq açdınız. Düz 20 ildir biz “Qarabağ qaziləri” birliyinə, sözün bütün mənalarında, təmənnasız qardaşlıq etdiniz! Yəqin ki, Baş qazimiz sağ olsaydı özü bizi toplayıb Sizi təbrikə gələrdi! Ruhu şad olsun, inşallah, haqq dünyasındadır Etimad bəy! Neyləmək olar, qismət beləymiş...

Sizi təbrikə birliyimizin sədri Asəf Əliyevlə gəldik!

Bir daha Sizi təbrik edirik!”