Aprel şəhidlərinin övladları himayəyə götürüldü

Aprel şəhidlərinin övladları himayəyə götürüldü backend

Aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimiz müsbət cavablandırılıb.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

V.Bayramov qeyd edib ki, 2016-cı il Aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar:

“Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavablandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.