Mövlud Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım

Mövlud Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım backend

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabından Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.

“Nuru Paşanın komandasındakı Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə əziz şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla, can Azərbaycanla bu gün də çiyin-çiyinə tək ürəyik. Odlar yurduna salam olsun!”, - deyə paylaşımda qeyd edilir.