Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 14-nə olan statistik göstəriciləri açıqlayıb.
Qazilər.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 630 test edildiyi bildirilib.Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 013 108 test aparılıb. Aktiv xəstə sayı 1 979 nəfərdir, onlardan 115 nəfər reanimasiyadadır, 12 nəfər isə süni tənəffüs aparatına qoşulub.