Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Qazilər.az xəbər verir ki, Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1979 nəfərdir.