TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı

TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı backend

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son statistik məlumatları açıqlayıb.

Məlumata görə, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 2009-dur.

Reanimasiyada olan koronavirus xəstələrinin sayı 117, süni tənəffüs aparatına qoşulanların sayı isə 11-dir.

Respublikada indiyə qədər ümumilikdə 38327 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib.