2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhəri digər Avropa şəhərləri ilə bərabər “100% Gənclərin Dostu olduğunu TƏSDİQ etmiş Şəhər” layihəsində iştirak edir
QAZİLER.AZ saytının Trend-ə istinadən məlumatına görə, “100% Gənclərin dostu olduğunu TƏSDİQ etmiş şəhər” layihəsi Avropa Birliyinin təsis etdiyi “Erasmus+ proqramının KA2 Strateji Əməkdaşlıq bölməsi tərəfindən maliyyələşən və Portuqaliyanın Braqa şəhərinin Gəncə, Kluj-Napoka, Riqa, Türin, Valensia və Varna şəhərlərilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi beynəlxalq layihədir. Layihə çərçivəsində yuxarıda adı çəkilmiş şəhərlərə səfərlər ediləcək, gənclər üçün mövcud olan maliyyə imkanları, infrastruktur və gənclər üçün keçirilən proqramlarla tanışlıq olacaq.
24-30 İyun 2015-ci il tarixdə Riqa şəhərinə səfər etmiş layihə heyəti və layihəyə əməkdaş qismində qoşulmuş şəhərlər Riqanın gənclər işini qiymətləndirilməsini keçirəcək və şəhərin gənclər sahəsində 100%-dən hansı yerdə olduğunu müəyyənləşdirəcək. Bu görüşün 2016-cı ilin may ayında Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.
Ümumilikdə, layihə 2015-2017-ci illəri əhatə edəcək. Gəncə şəhərini bu layihədə “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi və onun sədri Elmir Vəliyev, həmçinin Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov təmsil edir. Əldə olunan nəticələrə əsasən, şəhərlərə "100%", "75%", "50%" və "25%" titullar veriləcək.