Nizami Xudiyevin oğlunun işdən çıxarılması ilə bağlı rəsmi açıqlama

Nizami Xudiyevin oğlunun işdən çıxarılması ilə bağlı rəsmi açıqlama backend

Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Qazilər.az xəbər verir ki, Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır: “Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır”.

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.