Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçiriləcək.
Qazilər.az “Report”a istinadla xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.Bunlar Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsidir.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.