"Bütün məktəblərə artıq hərarət ölçmək üçün cihazlar alınıb. Onların alınması prosesi davam edəcək".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.Onun sözlərinə görə, məktəblər üçün dezinfeksiya məhsulları da alınıb.