Bakının işğaldan azad edilməsi günü qeyd olunacaqmı?

Bakının işğaldan azad edilməsi günü qeyd olunacaqmı? backend

Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 102-ci ili tamam olacaq.

Bəs həmin günlə bağlı paytaxtda hər hansı tədbir keçiriləcəkmi?

Axar.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həmin gün paytaxtda hər hansı tədbirin keçirilməsi ilə bağlı meriyaya müraciət edilməyib:

“Biz indiki dövrdə çalışırıq ki, insanlara kömək edək. Pandemiyaya görə insanların kütləvi olaraq bir yerə yığışmasının tərəfdarı deyilik. Eyni zamanda, 15 sentyabrda hər hansı kütləvi tədbirin keçirilməsi üçün bizə müraciət daxil olmayıb".