Masallı, Salyan Aqroservis filiallarında və Güzdək qoyunçuluq təsərrüfatında aparılan auditlər zamanı aşkar olunan qanun pozuntuları barədə materiallar Baş Prokurorluğa göndəriləcək. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.
Məklumatda qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.Audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmamazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub.
Auditin nəticələri ilə bağlı materiallar Baş Prokurorluğa göndərilməsi qərara alınıb.