Xəbər verdiyimiz kimi, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxdı.
Qazilər.az Yeniavaz.com-a istinadla xəbər verir ki, azadlığa çıxan keçmiş deputat jurnalistlərə açılama verib.İ.Əliyev prezident İlham Əliyev, birinci vitse prezident Mehriban Əliyeva və ictimaiyyətdən üzr istəyərkən kövrəlib.
Göz yaşlarını saxlaya bilməyən sabiq deputat daha sonra onun haqqında yazan sayt barəsində danışıb: “Mənim şəklimi verib altından yazıb ki, “kefim kökdü, kefimi pozmuram …” mən o sayta burdan xəbərdarlıq edirəm, mənim o sözümün audio yazısını verməsə, o saytı cəzalandıracam. Çünki, deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq və nüfuzdan salmaq şərəfsizlikdi”.