QARABAĞ QAZİMİZ: “Prezidentdən xahiş etdim ki, fəxri kürsüyə qalxsın“

QARABAĞ QAZİMİZ: “Prezidentdən xahiş etdim ki, fəxri kürsüyə qalxsın“ backend

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

QAZİLER.AZ APA TV-yə istinadla məlumat verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin qatıldığı görüşdə yarışın XV günündə medal qazanan idmançılar iştirak ediblər.

Tədbirin əvvəlində çıxış edən Çingiz Hüseynzadə paracüdo yarışında qızıl medal qazanan İlham Zəkiyevin uğurunu xüsusi vurğulayıb: “İlham Zəkiyev dünənki çıxışı ilə hər kəsə həyəcanlı anlar yaşatdı. Cənab prezident İlham Əliyev də onun sevincinə şərik oldu. Zəkiyev gözünün nurunu bu Vətən yolunda fəda verdiyi üçün onunla fəxr edirik”.



Tədbirdə İlham Zəkiyev də çıxış edib: "Cənab prezident Atəşgahda məşəli alovlandıranda mən ona dedim ki, iyunun 26-da çıxış edəcəyəm və çalışacağam ki, Ali Baş Komandanımıza medal hədiyyə edim. Belə də oldu. Mən ondan xahiş etdim ki, fəxri kürsüyə mənim yanıma qalxsın".




Çingiz Hüseynzadə həmçinin bu gün də idmançılarımızdan medallar gözlədiklərini söyləyib. Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.



Diaspora