Qevorq Manukyan bokçumuzla döyüşə çıxmaqdan imtina etdi: 21-ci QIZIL MEDAL

Qevorq Manukyan bokçumuzla döyüşə çıxmaqdan imtina etdi: 21-ci QIZIL MEDAL backend

Avropa Oyunlarında 91 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Abdulqadir Abdullayev final görüşünə çıxmadan çempionluğu bayram edib.

APA TV-nin məlumatına görə, onun rəqibi Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan final döyüşünə çıxmaqdan imtina edib. Manukyan bunu səhhətində yaranan problemlərlə əsaslandırıb. Rəqib döyüşdən imtina etdiyinə görə Abdulqadir Abdullayev avtomatik olaraq qızıl medalın sahibi olub. Bu, boksçularımızın Avropa Oyunlarında qazandığı sayca 6-cı qızıl medaldır.

Diaspora