Türk ordusunun yeni PUA-sı bu tarixdə hazır olacaq

Türk ordusunun yeni PUA-sı bu tarixdə hazır olacaq backend

“Bayraqdar Akıncı” PUA-ları 2021-ci ildə fəaliyyətə başlayacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki sahə üzrə meneceri Səlcuq Bayraqdar deyib.

O bildirib ki, “Bayraqdar Akıncı” öz kateqoriyası üzrə heç bir PUA-da olmayan xüsusiyyətlərə sahib olacaq:

“Artıq PUA-ların ikinci prototipi yekunlaşdı. Hazırda üçüncü prototipi istehsal edirik. Eyni zamanda, kvalifikasiya və sınaq uçuşları da davam edir. İnşallah 2021-ci ildə orduya təhvil veriləcək. Hədəfimiz bu istiqamətdədir”.