Türkiyə və Yunanıstan razılığa gəldi - NATO-da...

Türkiyə və Yunanıstan  razılığa gəldi - NATO-da... backend

“Türkiyə və Yunanıstan liderləri ilə apardığım danışıqların nəticəsi olaraq, iki ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın önünü almaq və hadisələrin riskini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsi məqsədilə razılıq veriblər”.

“Report” xəbər verir ki, bu sözlər NATO-nun baş katibi Yens Stoltenberqin yazılı açıqlamasında əksini tapıb.

Türkiyə və Yunanıstanı “iki mühüm müttəfiq” olaraq dəyərləndirən baş katibi NATO-nun ortaq təhlükəsizliyə təsir edən məsələlər üçün mühüm müşavirə platforması olduğunu diqqətə çatdırıb. Bildirib ki, NATO həmrəylik üçün gərginlikləri həll etmək məqsədilə bütün müttəfiq ölkələrlə yaxın təmaslarda qalmaqda davam edəcək.