İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə Aran rayonlarında 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə dərəcə isti olacaq.40 dərəcə isti olacaq - SABAH

