Biləsuvar rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib.
Qaziler.Az-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin baş inspketoru, polis mayoru Qoşqar Kazımov vəzifəsindən azad edilib.O, Biləsuvar RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub.



