Türkiyə təhlükəsizlik qüvvələri PKK-ya qarşı “İldırım-9 Şənyayla” əməliyyatına başlayıb.
Muş, Bingöl və Diyabakırda gerçəkləşən əməliyyata 1022 nəfərlik heyətin qatıldığı bildirilir.Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyatda təhlükəsizlik qüvvələrinin 1022 əməkdaşı iştirak edir.
Ölkə daxilində terrorun tamamilə ortadan qaldırılması məqsədilə keçirilən İldırım (1-2-3-4-5-6-7-8) əməliyyatları çərçivəsində bu günə qədər cəmi 38 terrorçu zərərsizləşdirilib, terrorçulara yardım edən 22 nəfər yaxalanıb.
Əməliyyatlarda 80 mağara, sığınacaq və depo məhv edilib, çox sayda silah-sursat ələ keçirilib.