Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı backend

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu il sentyabrın 1-dək 113 414 815 AZN, 213 577 ABŞ dolları, 18 341 avro və 5000 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.