Əgər ölkəyə qrip əleyhinə vaksinlər gətirilirsə, bunlar pulsuz olacaq. Lakin kimlərinsə özəl tibb müəssisələrində bu vaksinləri vurdurması artıq sonrakı məsələlərdir.
Bunu Azvision.az -a açıqlamasında TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov deyib.Onun sözlərinə görə, dövlətin gətirdiyi qrip əleyhinə vaksinlər ilk növbədə risk qrupunda olan şəxslərə vurulacaq.
"Mərhələli şəkildə daha sonra digər şəxslərə də bu vaksin vurulacaq".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində A.Qurbanov yaxın 2-3 ay ərzində dövlət səviyyəsində qrip əleyhinə vaksinlərin ölkəyə gətiriləcəyini demişdi.



