Bokçularımız günün 3-cü QIZIL MEDAL - ını qazandı

Bokçularımız günün 3-cü QIZIL MEDAL - ını qazandı backend

Bununla da millimizin medal sayı 50-yə çatıb Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb.

QAZİLER.AZ-ın apasport.az-a istinadən xəbərinə görə, 23 yaşlı idmançımız finalda özündən 8 yaş böyük italiyalı Vinçenzo Pikkardi üzərində inamlı qələbə qazanıb. Olimpiya Oyunlarının və dünya çempionatının bürünc medalçısı çox çalışsa da, Məmişzadənin zərbələri qarşısında tab gətirə bilməyib. Rəqibini 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayoru həlledici görüşdə London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayıb və rəqibini 3-0 hesabı ilə məğlub edib.

Bu, Azərbaycan millisinin 17-cı “qızıl”ı, ümumilikdə 50-ci medalı olub.

Diaspora