Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə Qarabağ Qaziləri Birliyi və Vətən Müharibəsi Əlilləri Birliyi Azərbaycan xalqını, dövlətini, Qarabağ Qazilərini, cəbhə bölgəsində yaşayan əhalini, səngərlərdə Vətənin keşiyini çəkən zabit və əsgərlərimizi təbrik edir, onlara can sağlığı arzulayır.
Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov Qaziler.az-a açıqlamasında bildirib ki, “Bu gün əsgər və zabitlərimiz Vətənin keşiyini çəkmək üçün qürurla və qeyrətlə səngərdə dayanıblar. Allah onlara yardımçı olsun. Gün o gün olsun ki, Qarabağ torpaqlarımız işğaldan azad edilsin və biz bu bayramı işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək. Mən cəbhə yoldaşlarımı, keçmiş döyüşçülərimizi Milli Ordu Günü münasibətilə təbrik edirəm” .