Ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

Ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya və  müavinət, təqaüd təyin olunub backend

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son rübündə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemləri işə salınıb.

Qaziler.az bildirir ki, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 65 min e-təyinat bu ilin ötən dövründə aparılıb.

Vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.