Rusiyadan təxliyyə edilmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib

Rusiyadan təxliyyə edilmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək vətənə qayıtmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.

Qaziler.az bildirir ki, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.
Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.