2015-ci ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 470 min 053 ton Azərbaycan nefti nəql olunub.
QAZİLƏR saytı ARDNŞ-yə istinadən məlumat verir ki, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il fevralın 1-dək BTC-yə 266 milyon 309 min 899 ton neft vurulub.Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə ümumilikdə 602 min 066 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
2015-ci ilin yanvar ayı ərzində 2 milyon 480 min 296 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 698 min 768 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il fevralın 1-dək Ceyhan limanından 264 milyon 419 min 386 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.