Bu rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bu rayonun qaz təchizatında məhdudiyyətlər olacaq backend

Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir.

"Azəriqaz"dan Qaziler.az-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsi "Daşkəsən" Qaz Paylayıcı Stansiyasında (QPS) texnoloji hissənin yenidən qurulması işlərini həyata keçirəcək. Bununla bağlı olaraq 27-28 avqust tarixlərində Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir. Təmir işlərinin gedişatından asılı olaraq bir-neçə yaşayış məntəqəsində qaz təchizatı avqustun 27-də gün ərzində bərpa edilə bilər.