Bu gün saat 21:30-da “MTV Azərbaycan”da “Bərabərik” adlı layihəyə başlanacaq.
Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü olan layihə çərçivəsində istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişlər təqdim ediləcək.Layihənin məqsədi əlilliyi olan şəxslərin timsalında əlilliyin istedad və bacarıqlara, öz arzularını reallaşdırmağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.
Əlillik həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilmədi, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də bunu özündə təcəssüm etdirir.