Azərbaycan qılıncoynadanı Sevil Bünyadova bu gün I Avropa Oyunlarında sablya ilə fərdi yarışların finalına çıxıb
Trend-in məlumatına görə, o, yarımfinalda fransalı Marqau Rifkiss üzərində 15:9 hesabı ilə qələbə qazanıb.Yarımfinalda digər təmsilçimiz Sevinc Bünyadova isə polşalı rəqibi Angelika Vatora məğlub olaraq (11:15) bürünc medalla kifayətlənib.
X X X
Sevil Bünyadova həlledici görüşdə A.Vator ilə qarşılaşıb.
Gərgin keçən görüşdə polşalı qılıncoynadan cüzi üstünlüklə qalib gəlib - 15:14.
Beləliklə, Sevil Bünyadova Azərbaycana Avropa Oyunlarında 13-cü gümüş medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 46 medal əldə ediblər - 15 qızıl, 13 gümüş, 18 bürünc.