Şəhid polkovnikin qızından təsirli sözlər: 41 gün qabaq son dəfə eşitdim səsini...

Şəhid polkovnikin qızından təsirli sözlər: 41 gün qabaq son dəfə eşitdim səsini... backend

Bu ilin iyul ayında təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısını alarkən şəhid olan igid vətən övladlarının şəhadətə yüksəlməsinin 40-cı günü tamam oldu

Qaziler.az bildirir ki, bu münasibətlə şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə atası haqqında təsirli sözlər paylaşıb:

"Atam, hər şeyim, artıq 40 gündür ki, yoxsan. Özüm də bilmirəm necə dözürəm buna... Yoxluğuna... Uşaq vaxtdan həmişə qorxardım sizlərdən birini itirməyə, deyərdim ki, yaşaya bilmərəm, amma insan çox qəribədir, Ata, yanıb kül olsa da, yaşayırmış bunu öyrəndim. Hər zaman ad günündə gecə saat 12-ni gözləyərdim ki, birinci mən təbrik edim səni, amma indi bu sözləri yazıram... İnanmağım gəlmir... Hər gün səndən zəng gələrdi bizə, yığışardıq telefon başına, qulaq asardıq, günün necə keçdi, görərdim o gözəl nurlu üzünü. İndi evin hər yerində sən varsan, Atam, hər yer sənin xatirəndir. Ancaq heç narahat olma, Atam. Sən necə dağ kimi möhkəm idinsə, sənin övladların və həyat yoldaşın da bir o qədər möhkəmdir. Axırıncı dəfə səni 80 gün bundan qabaq son dəfə qucaqladım, 41 gün qabaq da son dəfə eşitdim səsini, mənə "Anam" deyişini... Bu rəqəmlər artmağa davam edəcək, ta ki, səni yenidən görənə, eşidənə, hiss edənə qədər.
Ruhun şad olsun, Şəhid Atam... Dünyam mənim..."
Diaspora