Prezident İlham Əliyev Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqanı qəbul edib.
QAZİLER.AZ saytı xəbər verir ki, Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyətlə bağlı Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü deyərək ona ordeni təqdim edib.
Latviyanın keçmiş prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirib və bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini deyib.
Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqenin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edilib.
Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulanıb. Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.