Bu gün Qəbələnin Vəndam qəsəbəsində İyul döyüşlərində şəhid olan general Polad Həşimovun xatirəsinə həsr olunmuş yürüş keçirilib
Qaziler.az bildirir ki, sakinlər öz hesablarına Qəbələ-Bakı yolunun kənarında, qəzəbənin mərkəzində olan Qarabağ döyüşlərində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş abidənin ətrafında abadlaşdırma işləri aparıb, ağaclar əkib, oradakı şəhid bulağını təmir ediblər. Yerliləri şəhid generalın şəklini də həmin əraziyə yerləşdirib önünə əklillər qoyublar. İyul döyüşlərində şəhid olanların xatirəsini yad edən vəndamlıların şəhidlər abidəsinin önündən başlanan yürüşləri general Polad Həşimovun evində başa çatıb. Aksiya iştirakçıları şəhidin ailə üzvləri ilə görüşüblər. Şəhidlərin ruhuna dualar oxunub.Qeyd edək ki, havanın soyuq və yağmurlu olması yürüş iştirakçılarını ruhdan salmayıb. Onlar şəhid generalın adına layiq tədbir keçiriblər.
Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qisas qiyamətə qalmasın!