Azərbaycan I Avropa Oyunlarının mükəmməl təşkilatçısıdır. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə Trend-ə Kosovo idmançısı Laurit Muyya deyib.
O, Bakının gözəl şəhər olduğunu bildirib: “Şəhəriniz, insanlarınız çox xoşuma gəlir. Gözəl memarlıq nümunələriniz var. Oxşar mədəniyyətə sahibik. Özümü vətənimdəki kimi hiss edirəm. Bundan başqa, atletlər üçün əla şərait yaradılıb. Hər şey yüksək səviyyədə təşkil olunub”.