Azərbaycanda daha 162 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb

Azərbaycanda daha 162 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb backend

Azərbaycanda koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5986 test aparılıb.

Aktiv xəstə sayı isə 1727 nəfərdir.