Azərbaycanda idman çox populyardır və bu, çox gözəldir. Bunu Trend-ə xorvatiyalı üzgüçü Kristian Komlenik deyib
.Onun sözlərinə görə, Bakı olduqca gözəl şəhərdir və insanlar çox mehribandırlar: "Ümid edirəm ki, gələcəkdə Bakıda Olimpiya Oyunları keçiriləcək və mən yenidən bura gələcəyəm.
İdmançı qeyd edib ki, Azərbaycanda Oyunların iştirakçıları - idmançılar üçün hər cür şərait yaradılıb: "Atletlər kəndi çoz gözəldir. Mətbəx əladır".