Xəbər verdiyimiz kimi, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə sui-qəsdə məruz qalıb.
İlkin məlumata görə, onu öldürən şəxs Xan Əhmədlinski yaralanıb Cinayətkar hadisə yerindən qaçsa da, Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.Tanınmış jurnalist Azər Rəşidoğlu hesab edir ki, Lotu Qulinin ölümü Rusiyada yaşayan azərbaycanlıların həyat tərzinə mənfi təsir göstərəcək.
“Qulinin qətlə yetirilməsinin əsas qurbanı Rusiya bazarlarında işləyən minlərlə sadə azərbaycanlı olacaq. Onlar himayədən məhrum oldular və Polad Bülbüloğlu kimi dişsiz bir adamın ümidinə qaldılar. Quli uzun müddət ən ağır şərtlər daxilində içəridə qaldı, onu sındırmaq mümkün olmadı. Qulinin məhkəmədəki son çıxışını oxuyun, internetdə var. Əsl siyasi xadim nitqi idi.
Rusiya bazarları azərbaycanlıların əlindən çıxdı. İndi FSB ilə bağlı olan bəzi çeçen qruplaşmaları bazarlara nəzarət uğrunda azərbaycanlılara divan tutacaqlar. Son hadisələrdə Quli erməniləri yerində otuzdura bildi, yüzlərlə azərbaycanlını qorudu. Səfirlik və diasporadan heç bir qayğı görməyən insanlara Quli yardım etdi. Bu məsələdə erməni və rus kəşfiyyatının əlinin olduğunu istisna etmirəm”,- deyə o bildirib.
Bizimyol.info