Kürdəmirin həbs olunan icra başçısından xəbər var

Kürdəmirin həbs olunan icra başçısından xəbər var backend

Kürdəmirin icra başçısı Ceyhun Cəfərova qarşı irəli sürülən ittihamlar Elektron Məhkəmə Sistemində göstərilib.

Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend-in məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

12:42
*****

Ceyhun Cəfərov Fərrux oğlu Cinayət Məcəlləsinin Dövlət Hakimiyyəti, Dövlət Qulluğu Mənafeyi və Yerli Özünüidarə Orqanlarinda, Habelə Digər Kommersiya Və Qeyri-Kommersiya Təşkilatlarinda Qulluq Mənafeyi Əleyhinə Olan Cinayətlər (308-314) - 311.3.3; 308.2; 311.3.2; 311.3.1; maddələri ilə təqsirli bilinir.

C.Cəfərov bu gün məhkəmə qarşısına çıxarılacaq. Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə C.Cəfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılacaq.