Kəramət Böyükçöl sərbəst buraxıldı

Kəramət Böyükçöl sərbəst buraxıldı backend

Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

Qazilər.az xəbər verir ki, “Report”un əldə etdiyi xəbərə görə, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra o polis bölməsindən sərbəst buraxılıb.

Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

Polis əməkdaşları bildiriblər ki, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.